Qidalanma
Nə yeməli, nələrdən
Qidalanma
126

Nə yeməli, nələrdən uzaq durmalıyıq?

Heç səbəbsiz şişkinlik, halsızlıq və ya ruh düşkünlüyü hiss etmisinizmi? Ola bilər ki, bağırsaqlarınız sizə nəsə demək istəyir.

E-saglam.az xəbər verir ki, bağırsaq sağlamlığı təkcə həzmlə məhdudlaşmır — o, immun sistemimizin, psixoloji durumumuzun və ümumi həyat enerjimizin əsas dayaqlarından biridir.

Trilyonlarla bakteriya və mikroorqanizmdən ibarət olan bağırsaq mikrobiomu balanslı və müxtəlif qidalanma ilə inkişaf edir. Lakin qeyri-sağlam qidalanma bu həssas ekosistemi poza bilər, nəticədə həzm problemləri, iltihablanma və xroniki xəstəliklər meydana çıxa bilər.

London İmperial Kollecinin Bakterial Davamlılıq Biologiyası Mərkəzindən Dr. Culi Makdonald bildirir ki, bağırsaqlardakı tarazlığın pozulması yalnız həzm sistemində deyil, həm də orqanizmin bir çox sahəsində özünü göstərə bilər.

Mütəxəssislərin fikrincə, sağlam bağırsaq təkcə bədən üçün deyil, eyni zamanda davranış, stress səviyyəsi və əhval-ruhiyyə üçün də mühüm rol oynayır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun