Uşaq sağlamlığı üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, uşaqlarda tez-tez rast gəlinən baş ağrıları bəzən sadə səbəblərlə deyil, ciddi xəstəliklərlə bağlı ola bilər.
E-saglam.az xəbər verir ki, "SANKO" Universitetinin həkimi Dr. Hasan Kılıç bildirib ki, baş ağrısı çox vaxt zərərsiz olsa da, bəzən sinüzit, görmə pozğunluğu və ya beyin şişi kimi problemlərin göstəricisi ola bilər.
Onun sözlərinə görə, səhər oyanarkən başlayan, qusma, görmə pozğunluğu və ya qıcolma ilə müşahidə olunan ağrılar diqqətlə izlənməlidir. Belə hallar olduqda mütləq həkimə müraciət etmək lazımdır.
Dr. Kılıç valideynlərə kifayət qədər yuxu, balanslı qidalanma, az ekran vaxtı və stressdən uzaq həyat tərzi tövsiyə edib. Ağrıkəsicilər isə yalnız həkim məsləhəti ilə qəbul olunmalıdır.
Qeyd edək ki, uşaqlarda baş ağrısı çox vaxt keçici olur, amma bəzi hallarda ciddi xəstəliklərin xəbərçisi ola bilər. Valideynlərin diqqətli olması erkən diaqnoz üçün vacibdir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az