Sağlamlıq
Normal doğum həm ana, həm də uşaq
Sağlamlıq
27

Normal doğum həm ana, həm də uşaq üçün faydalıdır

Qadın xəstəlikləri və doğum mütəxəssisi Dr. Levent Kandemir bildirib ki, normal doğum həm ana, həm də uşağın sağlamlığı üçün ən təbii və etibarlı üsuldur. Keysəriyyə yalnız tibbi zərurət olduqda tətbiq edilməlidir.

E-saglam.az xəbər verir ki, Dr. Kandemir vurğulayıb ki, normal doğum anaya fiziki və psixoloji cəhətdən fayda verir, doğumdan sonra daha sürətlə bərpa olunmasına və uşaqla erkən və güclü əlaqə qurmasına imkan yaradır. Həmçinin, doğum kanalı vasitəsilə keçən uşaq ananın faydalı bakteriləri ilə tanış olur, bu da onun immun sistemini gücləndirir.

“Normal doğum edən analar daha qısa müddətdə gündəlik həyatlarına dönə bilir, infeksiya, qanama və tromb riski keysəriyyə ilə müqayisədə daha aşağıdır,” – deyə həkim əlavə edib.

Dr. Kandemir qeyd edib ki, sağlamlıq işçilərinin dəstəyi və düzgün maarifləndirmə ilə keysəriyyə nisbətini azaltmaq mümkündür. Dünya Səhiyyə Təşkilatı da keysəriyyə üçün ideal nisbətin yalnız 10–15% olduğunu bildirir.

Qeyd edək ki, normal doğum həm ana, həm də uşağın sağlamlığı üçün ən təbii və faydalı seçimdir. Keysəriyyə yalnız tibbi zərurət olduqda tövsiyə olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun