Tibbi xəbərlər
Respublika Kliniki Uroloji Xəstəxanasına yeni rəhbərlik təyin edilib -
Tibbi xəbərlər
167

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni rəhbərlik təyin edilib - FOTOLAR

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına yeni rəhbərlik təyin olunub.

E-saglam.az xəbər verir ki, əstəxananın direktoru vəzifəsinə Pərviz Hacıyev gətirilib. İxtisasca uroloq olan P.Hacıyev yeni təyinata qədər özəl tibb müəssisəsində həkim-uroloq kimi çalışıb. O, 2001-2009-cu illərdə Ankara Universiteti Tibb Fakültəsində bakalavr təhsili alıb, 2010-2015-ci illərdə urologiya, 2016-2019-cu illərdə isə uşaq urologiyası üzrə uzmanlıq təhsili tamamlayıb.

Xəstəxananın direktor müavini – baş həkim vəzifəsinə Elçin Mustafayev təyin olunub. E.Mustafayev ixtisasca uroloqdur və yeni təyinata qədər eyni müəssisənin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib. O, 1994-2000-ci illərdə Azərbaycan Tibb Universiteti, 2002-2004-cü illərdə Moskva Urologiya Elmi-Tədqiqat Universiteti, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb. 2007-ci ildə Moskva Urologiya Elmi-Tədqiqat İnstitutu, 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri namizədi elmi dərəcəsi verilib.

Qeyd edək ki, bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun