Xəstəliklər
Sidikdə qan və ağrı – uroloqa müraciət üçün
Xəstəliklər
27

Sidikdə qan və ağrı – uroloqa müraciət üçün ciddi siqnaldır

Uroloq və cərrah İlnur Agliullin bildirib ki, bəzi simptomlar zamanı təcili şəkildə uroloqa müraciət etmək vacibdir. Onun sözlərinə görə, sidikdə qan və ya sidik zamanı ağrı hissi yaranarsa, bu, ciddi uroloji problemlərin əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, həkim həmçinin böyrək nahiyəsində şiddətli ağrısidiyin tutulması kimi halların da təhlükəli simptomlar olduğunu vurğulayıb. Agliullin qeyd edib ki, sidik tutulması uzun müddət davam edərsə, bu vəziyyət böyrək və sidik kisəsi xəstəliklərinə səbəb ola bilər.

Mütəxəssis insanlara xəbərdarlıq edir ki, bu kimi əlamətlər müşahidə olunduqda öz-özünə müalicə ilə vaxt itirmədən uroloqa müraciət etmək lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun