Sağlamlıq
Herpes görmə itkisinə və ağır  fəsadlara
Sağlamlıq
145

Herpes görmə itkisinə və ağır fəsadlara səbəb ola bilər

Yoluxucu xəstəliklər mütəxəssisi, Moskva Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru Elena Volçkova herpes virusunun yalnız dəri səpgiləri ilə məhdudlaşmadığını, həm də ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, virusun aktivliyi insanın immunitet səviyyəsindən asılıdır. İmmunitet zəiflədikdə herpes görmə sistemini zədələyə, hətta korluğa qədər fəsadlar törədə bilər.

Volçkova qeyd edib ki, hamilə qadınlarda herpes infeksiyası düşüklərə səbəb ola bilər. O, həmçinin Epstein-Barr virusunun xüsusilə təhlükəli olduğunu və elm adamlarının hələ də bu virusun bütün təsirlərini tam müəyyən etmədiyini vurğulayıb.

Mütəxəssis herpesin sadəcə kosmetik problem deyil, zəif immunitet fonunda daxili orqanlara zərər verə və bəzi hallarda ölümlə nəticələnə biləcəyini bildirib.

Professor əlavə edib ki, stres immun sistemini zəiflədir və bu da virusun aktivləşməsinə səbəb olur. Onun sözlərinə görə, gərginliklə mübarizə aparmaq üçün yuxu rejiminə riayət etmək, istirahət və sosial balansı qorumaq vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun