Faydalı
Təlimli itlər parkinson xəstəliyini 98% dəqiqliklə
Faydalı
73

Təlimli itlər parkinson xəstəliyini 98% dəqiqliklə aşkar edir

İngiltərədə aparılan araşdırma göstərib ki, xüsusi təlim keçmiş itlər Parkinson xəstəliyini qoxu vasitəsilə 98%-ə qədər dəqiqliklə müəyyən edə bilir — hətta simptomlar yaranmadan illər əvvəl.

E-saglam.az xəbər verir ki, Bristol və Manchester universitetlərinin Medical Detection Dogs təşkilatı ilə birgə apardığı tədqiqatda, Parkinson xəstələrindən və sağlam şəxslərdən alınan dəri yağı nümunələri müqayisə edilib.

İtlər — Golden Retriever “Bumper” və Qara Labrador “Peanut” — nümunələri qoxulayaraq xəstələri 80% həssaslıq və 98% dəqiqliklə tanıyıblar.

Mütəxəssislər bildiriblər ki, nəticələr Parkinson xəstəliyinin özünəməxsus qoxu profili olduğunu sübut edir və bu, sürətli, ucuz və invaziv olmayan erkən diaqnoz üçün yeni imkanlar aça bilər.

Araşdırma, həyat yoldaşında qoxu dəyişikliklərini hiss edən Joy Milne adlı qadının müşahidələrindən ilhamlanaraq başladılıb.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun