Xəstəliklər
Sedef xəstəliyi nədir və necə
Xəstəliklər
16

Sedef xəstəliyi nədir və necə müalicə olunur?

Sedef xəstəliyi (psoriaz) – hər yaşda rast gəlinə bilən, əsasən dizlərdə, dirsəklərdə və baş dərisində müşahidə olunan xroniki dəri xəstəliyidir. Bu xəstəlik yoluxucu deyil, lakin irsi meyillilik və bəzi xarici amillər onun yaranmasında mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, mütəxəssislərə görə, stres, piylənməsiqaret istifadəsi xəstəliyi daha da ağırlaşdıra bilər. Qış aylarında günəş işığının azalması da sedefin artmasına səbəb olur.

Əlamətləri:
Sedef xəstəliyi zamanı dəridə qırmızı, qabıqlı, qaşınan və ağrılı ləkələr əmələ gəlir. Bəzi hallarda bu ləkələr çatlayaraq qanaya bilər. Ağır hallarda isə bədənin böyük hissəsini əhatə edə bilər.

Müalicə üsulları:

- Yerüstü (topikal) müalicə: Kremlər və məlhəmlər vasitəsilə hüceyrə artımı azaldılır.

- İşıq terapiyası (fototerapiya): UV şüaları ilə dəridəki hüceyrə artımı yavaşladılır.

- Daxili (oral) müalicə: Orta və ağır hallarda iltihabı azaldan dərmanlar qəbul edilir.

- Bioloji müalicə: Enjeksiyalar vasitəsilə orqanizmdəki artıq iltihabi zülalların təsiri azaldılır.

Mütəxəssislər xəstəliyin tam sağalmasa da, düzgün müalicə və həyat tərzi ilə nəzarət altında saxlana biləcəyini bildirir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun