Qidalanma
Ənginar – Qaraciyəri qoruyan və həzmi gücləndirən
Qidalanma
110

Ənginar – Qaraciyəri qoruyan və həzmi gücləndirən təbii möcüzə

Ənginar yalnız ləzzəti ilə deyil, sağlamlığa olan çoxsaylı faydaları ilə də diqqət çəkir. Aşağı kalorili, liflə, vitamin və minerallarla zəngin olan bu bitki balanslı qidalanmanın vacib hissəsidir.

E-saglam.az xəbər verir ki, ənginar həzmi asanlaşdırır, bağırsaq hərəkətlərini tənzimləyir və qəbizlik riskini azaldır. Tərkibindəki maddələr sayəsində həmçinin ürək-damar sağlamlığını qoruyur və qan təzyiqinin sabit qalmasına kömək edir.

Bu tərəvəz qaraciyərin təbii təmizlənməsini dəstəkləyir, orqanizmin metabolik tarazlığını bərpa edir. Bundan əlavə, qan şəkərini tənzimləyərək enerji səviyyəsini sabit saxlayır.

Güclü antioksidant təsiri ilə hüceyrələri zərərli sərbəst radikallardan qoruyan ənginar, həm də K vitamini ilə sümükləri möhkəmləndirir və B6 vitamini sayəsində yaddaşı və beyin fəaliyyətini dəstəkləyir.

Qeyd edək ki, müntəzəm ənginar qəbulu qaraciyəri qoruyur, həzmi yaxşılaşdırır və ümumi sağlamlığa güclü dəstək verir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun