Faydalı
Mütəxəssislər xəbərdar edir: Kondisionerin səhv istifadəsi ciddi
Faydalı
17

Mütəxəssislər xəbərdar edir: Kondisionerin səhv istifadəsi ciddi xəstəliklərə yol açır

Yay aylarında kondisioner istidən qorunmanın ən rahat yolu olsa da, səhv istifadə sağlamlıq üçün təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, Daxili Xəstəliklər üzrə mütəxəssis Dr. Məriç Zeydan, kondisionerin yanlış istifadəsinin əzələ spazmları, bel-boyun ağrıları, tənəffüs yolu infeksiyaları və allergiyalara səbəb ola biləcəyini bildirib.

Onun sözlərinə görə, xüsusilə tərli halda birbaşa soyuq hava axınına məruz qalmaq əzələlərin tutulmasına gətirib çıxarır. Gecə boyu işləyən kondisioner isə bədən istiliyini aşağı salaraq səhər oyandıqda bel və boyun ağrısına səbəb ola bilər.

Filtrləri təmizlənməyən kondisionerlər toz, kif və bakteriyaları havaya yayaraq allergik rinit və astma kimi problemləri artırır. Həmçinin, “Lejyoner xəstəliyi” adlanan ağciyər infeksiyası da çirkli sistemlərdə yaranan bakteriyalardan qaynaqlana bilər.

Tövsiyələr:

- Otaq istiliyi 23–25°C arasında saxlanmalıdır.

- Kondisioner havası birbaşa insana yönəlməməlidir.

- Daxili və xarici mühit arasındakı istilik fərqi 10°C-dən çox olmamalıdır.

- Otaqlar mütəmadi havalandırılmalı, filtrlər hər ay təmizlənməlidir.

- Uşaqlar, yaşlılar və xroniki xəstələr uzun müddət kondisioner havasına məruz qalmamalıdır.

Dr. Zeydan xəbərdarlıq edir: “Kondisioner rahatlıq gətirə bilər, amma düzgün istifadə edilmədikdə sağlamlıq üçün ciddi risk yaradır”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun