Faydalı
Naringi yeyərkən
Faydalı
109

Naringi yeyərkən diqqətli olun

Ən məşhur qış meyvələrindən biri olan naringi, yüksək C vitamini və antioksidant tərkibi sayəsində immunitet sistemini gücləndirir. Lakin mütəxəssislər bildirirlər ki, bu faydalı meyvənin həddindən artıq istehlakı bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə mədə, böyrək və diş sağlamlığı baxımından ehtiyatlı olmaq vacibdir.

E-saglam.az-ın məlumatına görə bütün sitrus meyvələri kimi, naringi də allergik reaksiyalara səbəb ola bilər. Mütəxəssislər qeyd edirlər ki, naringi allergiyası səpgi, qaşınma, şişkinlik və nəfəs darlığı kimi simptomlarla özünü göstərə bilər. Nadir hallarda bu reaksiya hətta anafilaktik şok kimi ciddi nəticələrə də səbəb ola bilər.

Turş təbiətinə görə naringi mədənin selikli qişasını qıcıqlandıra bilər və qastrit, eləcə də xora kimi xəstəliklərin gedişatını ağırlaşdıra bilər. Həddindən artıq istehlak isə ishal, qaz və şişkinlik kimi həzm problemlərinə səbəb ola bilər. Mütəxəssislər sidik yolları və ya böyrək xəstəliklərindən əziyyət çəkən insanlara naringi qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər, çünki bu meyvə böyrəklərə əlavə gərginlik yarada bilər.

Bundan başqa, naringidəki təbii turşular diş minasına zərər verə və çürük əmələ gəlmə riskini artıra bilər. Mütəxəssislər vurğulayırlar ki, naringinin faydalarından yararlanmaq üçün gündə 2–3 ədəddən çox istehlak edilməməli və onu acqarına yeməkdən çəkinmək lazımdır.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun