Faydalı
Kofedən
Faydalı
100

Kofedən daha çox enerji verən içki

Enerjimizi artırmaq üçün qəhvə içməyə öyrəşmişik, amma bir çoxumuzun özünəməxsus səhər ritualı var — limonlu su. Bu vərdişin bir sıra faydaları var.

E-saglam.az xəbər verir ki, diyetoloq Marqarita Korolyovanın sözlərinə görə, turş dadına baxmayaraq, limon qələviləşdirici təsirə malikdir. Acqarına içilən bir stəkan limonlu su orqanizmin mühitini qələviləşdirir və gecə ərzində toplanan artıq turşuluğu neytrallaşdırır. Bu proses həzm sisteminin yenidən fəaliyyətə başlaması üçün ideal şərait yaradır.

Mütəxəssislərin qeyd etdiyinə görə, bu səhər içkisi təbii enerji mənbəyi kimi çıxış edir: orqanizmi canlandırır, səhər yeməyinə hazırlayır, tonusu artırmağa kömək edir və bütün gün üçün bədənə “başlanğıc meydançası” rolunu oynayır.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun