Pulmonoloq Cimmi Yohannes “Women’s Health” jurnalına verdiyi açıqlamada bildirib ki, gündəlik meyvə istehlakı hava çirkliliyinin ağciyərlərə zərərli təsirlərini azalda bilər.
E-saglam.az-ın məlumatına görə tədqiqat göstərib ki, müntəzəm olaraq meyvə yeyən insanlarda hava çirkləndiricilərinə məruz qaldıqdan sonra ağciyər funksiyasındakı azalma, meyvə yeməyənlərlə müqayisədə xeyli daha az olub. Həkim bu qoruyucu təsirin meyvələrin tərkibindəki iltihabəleyhinə birləşmələrin yüksək miqdarı ilə əlaqəli ola biləcəyini irəli sürüb. Bu birləşmələr ağciyərləri hava çirkliliyinin yaratdığı oksidləşdirici stressdən qorumağa kömək edir.
Yohannes vurğulayır ki, bu müsbət təsirlər yalnız gündəlik və kifayət qədər meyvə istehlakı zamanı müşahidə olunur. Mütəxəssis gündə ən azı 400 qram müxtəlif növ meyvə qəbul etməyi tövsiyə edir.
Tərcümə: Fəxriyyə Adil