reanimasiyada müalicə halları ilə gündəmə gələn ürək dayanması, müddətindən asılı olaraq beyinə müxtəlif yollarla təsir göstərə bilər. E-saglam.az-ın məlumatına görə mütəxəssislər bildirirlər ki, qəfil ürək dayanması zamanı sağalma prosesini əsasən ürək deyil, beyin müəyyən edir.
E-saglam.az-ın məlumatına görə mütəxəssislər bildirirlər ki, qəfil ürək dayanması zamanı sağalma prosesini əsasən ürək deyil, beyin müəyyən edir.
Prof. Dr. Dərya Uluduz ürək dayanmasının beyinə təsirləri barədə aşağıdakı məlumatları paylaşdı:
Bədəndə nə baş verir?
Ürək dayandıqda insan orqanizmi, xüsusilə də beyin ciddi böhranla üzləşir. Qan axınının qəfil dayanması nəticəsində oksigen daşıyan qan beyinə çata bilmir.
Beyin oksigensiz qaldıqda enerji istehsalı demək olar ki, dərhal dayanır; sinir hüceyrələri elektrik siqnallarını itirir, hüceyrə membranları zədələnir və saniyələr içində geri qaytarılması çətin olan proseslər başlayır.
Hansı sahələr zədələnə bilər?
Hippokampus, frontal korteks və limbik sistem kimi yaddaşla bağlı beyin sahələri xüsusilə həssasdır. Nəticədə yaddaş, diqqət, qərarvermə və emosional tarazlıq kimi funksiyalarda pozğunluqlar yarana bilər.
Bunu necə qorumaq olar?
Beyni qorumağın ən təsirli yollarından biri ürək dayanması halında dərhal ürək masajına başlamaq və bədən istiliyini aşağı salan terapevtik hipotermiya tətbiq etməkdir.
Soyudulmuş beyin “qış yuxusu” vəziyyətinə keçir; hüceyrələrin oksigenə olan tələbatı azalır və maddələr mübadiləsi yavaşlayır. Bu üsul beynin 15–20 dəqiqəyə qədər funksiyasını qoruyub saxlamasına kömək edə bilər.
Limon və lavanda qoxusu
Limon, lavanda, rozmarin və berqamot kimi ətirlər burun vasitəsilə birbaşa limbik sistemə — yaddaş və duyğuların mərkəzinə — çatır. Qoxu stimullaşdırılması beyində dopamin və serotonin istehsalını artıraraq zehni oyanıqlıq və xoşbəxtlik hissi yaradır. Hər səhər cəmi iki dəqiqəlik qoxu şüuru təcrübəsi gün ərzində zehni aydınlığı və enerjini artırmağa kömək edə bilər.
Tərcümə: Fəxriyyə Adil