Qidalanma
Qoz və qaragiləni birlikdə yeməyin
Qidalanma
189

Qoz və qaragiləni birlikdə yeməyin faydaları

Mütəxəssislərin fikrincə, beyin sağlamlığını qorumağın sirri bahalı qida əlavələrində deyil, elə mətbəximizdədir. Qaragilə ilə qozu birlikdə yemək yaddaşı gücləndirə və demans riskini azalda bilər.

E-saglam.az-ın məlumatına görə doktor Rajan izah edir ki, qaragilədəki polifenollar və qozdakı omeqa-3 yağ turşuları birləşdikdə beyində “qoruyucu qalxan” effekti yaradır. Bu iki qida yaddaşı gücləndirir, zehni fəaliyyəti artırır və yaşla əlaqəli idrak zəifləməsini yavaşladır.

Tədqiqatlar da bu fikri təsdiqləyir. Aparılan araşdırmada flavonoidlərlə zəngin meyvələrin müntəzəm istehlakının demensiya və Alzheimer xəstəliyi riskini azaltdığı müəyyən edilib.

Əlavə olaraq beyin sağlamlığına təsir edən qidalar:

Omeqa-3 mənbələri: Qızılbalıq, sardina və tuna kimi balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir və beyin funksiyalarını dəstəkləyir.

Yumurta: Həftədə bir-iki dəfə yumurta istehlakı yaddaş və konsentrasiyanı gücləndirir.

Yaşıl çay: Güclü antioksidan təsiri sayəsində zehni yorğunluğu azaldır və diqqəti artırır.

Aralıq dənizi pəhrizi: Tərəvəz, meyvə, zeytun yağı və qoz-fındıqla zəngin bu pəhriz demans riskini azaldır və ümumi beyin sağlamlığını dəstəkləyir.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun