Qidalanma
Ən faydalı duz aşkarlandı:
Qidalanma
166

Ən faydalı duz aşkarlandı: Mütəxəssislər bu növü tövsiyə edir

Diyetoloqlar müxtəlif duz növlərinin sağlamlığa təsirini onların mineral tərkibinə əsasən qiymətləndiriblər.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, təbii dəniz duzuHimalay çəhrayı duzu ən faydalı duz növləri arasında yer alır.

Təmizlənməmiş dəniz duzu

Təmizlənməmiş dəniz duzu, dəniz suyunun buxarlanması nəticəsində əldə edilir və tərkibində maqnezium, kalium, kalsium və yod kimi vacib minerallar saxlayır. Bu xüsusiyyətlər orqanizmdə mineral balansının qorunmasına kömək edir.

Himalay çəhrayı duzu

Himalay çəhrayı duzu da dəmir, maqnezium, kalsium və kalium baxımından zəngindir. Pakistanda hasil edilən bu duzun çəhrayı rəngi tərkibindəki təbii dəmir oksidlərindən yaranır.

Ən çox istifadə edilən – süfrə duzu

Süfrə duzu ən geniş yayılmış duz növüdür və adətən yodla zənginləşdirilmiş formada satılır. Yod tiroid vəzinin normal fəaliyyəti, habelə uşaqlarda beyin və sümük inkişafı üçün vacibdir.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, süfrə duzunun həddindən artıq təmizlənməsi səbəbindən o, təbii minerallarını itirir və çox istifadə edildikdə qan təzyiqinin artmasına səbəb ola bilər.

Dəniz duzunun üstünlüyü

Dəniz duzu qaba dənəli quruluşu və təbii dadı sayəsində süfrə duzuna alternativ kimi populyardır. O, daha az natrium ehtiva edir və minimal şəkildə emal olunur. Bu səbəbdən təbii minerallarını daha çox qoruyur.
Mütəxəssislərin sözlərinə görə, dəniz duzu daha az miqdarda istifadə olunsa belə, eyni duzluluğu təmin edir və natrium qəbulunu azaltmaq istəyənlər üçün uyğun seçimdir.

Himalay duzunun mineralları

Himalay çəhrayı duzu təxminən 80 təbii mineral tərkibli olsa da, mütəxəssislər bu mineralların miqdarının çox az olduğunu və təkbaşına əhəmiyyətli sağlamlıq təsiri göstərmədiyini vurğulayırlar.

Gündəlik duz miqdarı nə qədər olmalıdır?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlam fərdlər üçün gündəlik natrium qəbulunu 2300 milliqram (təxminən bir çay qaşığı duz) ilə məhdudlaşdırmağı tövsiyə edir.
Mütəxəssislər xatırladırlar ki, emal olunmuş qidalardakı gizli duzlar da gündəlik qəbul miqdarını ikiqat artıra bilər.

Həddindən artıq duzun riski

Duzun çox istifadəsi yüksək təzyiq, ürək-damar və böyrək xəstəlikləri riskini artırır. Mütəxəssislər hesab edirlər ki, duzu tamamilə aradan qaldırmaq lazım deyil – əsas olan düzgün növü seçməkmüvafiq miqdarda istifadə etməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun