Qidalanma
Diyetoloq: saat 15:00-dan sonra bu qidadan
Qidalanma
107

Diyetoloq: saat 15:00-dan sonra bu qidadan uzaq durun

Britaniyalı diyetoloq Frances Ralf insanları saat 15:00-dan sonra tünd şokolad yeməməyə çağırıb.

E-saglam.az xəbər verir ki, o, “Metro”ya müsahibəsində bildirib ki, bu vərdiş yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər.

Mütəxəssisin sözlərinə görə, tünd şokoladın tərkibində teobromin adlı maddə var. Bu maddə ürək döyüntüsünü sürətləndirir, beyin fəaliyyətini artırır və bədəndə 6–8 saat qalaraq sinir sistemini aktiv saxlayır.

Ralf əlavə edib ki, tünd şokolad həm də kofein mənbəyidir. Cəmi 23 qram şokoladda bir fincan yaşıl çay qədər kofein olur. Bu da yuxuya getməyi çətinləşdirə bilər.

Diyetoloq vurğulayıb ki, əgər tünd şokoladı yemək istəyirsinizsə, onu günorta saat 15:00-dan əvvəl qəbul etmək daha doğrudur. Beləliklə, orqanizm onu tam həzm edəcək və yuxunuza mənfi təsir göstərməyəcək.

Axşam saatlarında isə o, şokolad əvəzinə banan və ya badam yağı kimi maqnezium və triptofanla zəngin qidalar qəbul etməyi tövsiyə edib. Bu məhsullar yuxunun keyfiyyətini artırır və orqanizmi rahatladır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun