Sağlamlıq
Oturduğunuz yerdə yağları əridən içki:
Sağlamlıq
120

Oturduğunuz yerdə yağları əridən içki: Suya 1 tutam əlavə etmək kifayətdir

Kilo vermək istəyənlər üçün sadə, amma effektiv üsul ortaya çıxıb. Uzun pəhriz proqramlarına və ya yorucu məşqlərə ehtiyac olmadan bədənin yağ yandırmasını sürətləndirmək mümkündür.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, təbii tərkibli darçınlı su metabolizmi işə salır və kilo idarəsinə dəstək olur. Antioksidant, vitamin və mineral baxımından zəngin olan darçın bədənin balansını qoruyur və enerji xərcləməsini artırır. İsti suya əlavə olunan darçın çubuqları ilə hazırlanan bu içki həm həzm sistemini tənzimləyir, həm də yağ yandırılmasını sürətləndirir.

Metabolizmanı sürətləndirir

Araşdırmalar göstərir ki, darçın insulin səviyyələrini tarazlayır və bu sayədə bədənin yağ yığmasını azaldır. Xüsusilə insulin müqaviməti səbəbindən kilo verməkdə çətinlik çəkənlər üçün darçınlı su yağ yandırma prosesini dəstəkləyən təbii vasitə kimi çıxış edir. Metabolizmi gücləndirərək kalori sərfini artırır.

Qan şəkərini tənzimləyir

Darçın qan şəkərinin səviyyəsini taraz saxlayır. Bu xüsusiyyəti sayəsində ani aclıq hissinin qarşısını alır və sağlam qidalanma vərdişlərinin davam etdirilməsinə kömək edir. Beləcə, lazımsız qidalanmadan çəkinmək və balanslı kilo idarəsi təmin etmək mümkün olur.

Yağ yandırılmasını dəstəkləyir

Xüsusilə qarın və bel bölgəsində yığılan yağlardan xilas olmaq istəyənlər üçün darçınlı su effektiv dəstək verir. Darçının tərkibindəki maddələr yağ hüceyrələrinin parçalanmasını asanlaşdırır və müntəzəm istifadə zamanı bədənin dartılmasına kömək edir.

Həzm sistemini tənzimləyir

Darçın bağırsaq hərəkətlərini dəstəkləyərək həzmin daha səmərəli işləməsinə kömək edir. Hazımsızlıq, şişkinlik və qaz kimi problemlərin azalmasına və bədəndən toksinlərin daha rahat xaric olunmasına yardımçı olur.

Antioksidant təsiri ilə bədəni qoruyur

Darçın güclü antioksidantlar sayəsində sərbəst radikalların hüceyrələrə zərər verməsinin qarşısını alır. Bu həm immun sistemini gücləndirir, həm də bədəni iltihablanmalara qarşı qoruyur.

Darçınlı su necə hazırlanır?

Bir stəkan isti suya bir çubuq darçın əlavə edib bir neçə dəqiqə dəmlənməsini gözləmək kifayətdir. Mütəxəssislər bu qarışımın səhər acqarına və ya gecə yatmazdan əvvəl içilməsinin təsirini artıracağını bildirirlər. Müntəzəm istifadə zamanı darçınlı su həm həzmi dəstəkləyir, həm də yağ yandırılmasını təbii yolla sürətləndirir.

Qeyd: Bu məqalə həkim məsləhətinin yerini tutmur. Sağlamlıq problemləriniz və ya xüsusi pəhriz ehtiyaclarınız üçün hər zaman ixtisaslı həkimlə məsləhətləşin.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun