Psixologiya
Nevroloq sinir tükənməsinin
Psixologiya
90

Nevroloq sinir tükənməsinin əlamətlərini açıqladı

Nevroloq Olqa Sokolova bildirib ki, əsəb tükənməsi xüsusilə ağır iş yükü və daimi gərginlik səbəbindən 25-45 yaş arası insanlarda daha çox müşahidə olunur.

E-saglam.az xəbər verir ki, o, "UfaTime.ru"ya açıqlamasında sinir yorğunluğunun əsas əlamətlərindən danışıb.

Həkimin sözlərinə görə, xroniki stress, yuxu çatışmazlığı, vitamin və mineral çatışmazlığı bu vəziyyətin əsas səbəblərindəndir. Sinir tükənməsi zamanı insanlarda əsəbilik, narahatlıq, panik ataklar, yuxu pozuntusu, diqqət zəifləməsi, unutqanlıq, başgicəllənmə, yüksək qan təzyiqi, xroniki ağrılar və mədə krampları yarana bilər. Qadınlarda menstrual dövrün pozulması da mümkündür.

Sokolova bildirib ki, sinir tükənməsi ilə mübarizə aparmaq üçün orqanizmə fasilə vermək, yuxu və qidalanma rejimini bərpa etmək vacibdir. O, əlavə edib ki, bu hal zəiflik deyil, bədənin istirahətə ehtiyacı olduğuna dair xəbərdarlıqdır.

Nevroloq vurğulayıb ki, görülən tədbirlər nəticə verməzsə, mütləq həkimə müraciət olunmalıdır: “Sinir sistemi təslim oldu – bu ölüm hökmü deyil, sadəcə bədənin özünə fasilə vermək istəyidir".

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun