Psixologiya
Alimlər dərmansız stressi aradan qaldırmağın
Psixologiya
77

Alimlər dərmansız stressi aradan qaldırmağın sadə yolunu tapıblar

Kaliforniya Universitetinin alimləri maraqlı nəticə əldə ediblər. Onların araşdırmasına görə, partnyorla paylaşılan müsbət emosiyalar stress hormonu olan kortizolun səviyyəsini xeyli azaldır.

E-saglam.az xəbər verir ki, Kanada və Almaniyadan olan 321 cütlüyün iştirak etdiyi təcrübə göstərib ki, tərəfdaşlar eyni anda özlərini xoşbəxt, sakit və ya rahat hiss etdikdə, bədənlərində daha az kortizol yaranır. Bu sakitləşdirici təsir insanın təkbaşına sevinc hiss etməsi ilə müqayisədə daha güclü və uzunmüddətli olur.

Araşdırmanın müəllifi Tomiko Eneda bildirib: “Sevincləri bölüşmək sağlam qalmağın ən sadə və təbii yollarından biridir”.

Tədqiqatın başqa maraqlı nəticəsi də var: bu təsir münasibətlərin keyfiyyətindən asılı deyil. Yəni, münasibəti mükəmməl olmayan cütlüklər də eyni dərəcədə stress azalması yaşayırlar.

Araşdırma "Journal of Personality and Social Psychology" jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun