Faydalı
Mütəxəssis mağazadan alınan ətdə kimyəvi maddələrin əlamətlərini
Faydalı
77

Mütəxəssis mağazadan alınan ətdə kimyəvi maddələrin əlamətlərini açıqlayıb

İstehsalçılar tez-tez çəki artırmaq və ətin görünüşünü yaxşılaşdırmaq üçün kimyəvi məhlulları yeridirlər.

E-saglam.az xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya ROSBIOTECH Universitetinin Qida Təhlükəsizliyi Departamentinin rəhbəri Nataliya Fomenko məlumat verib.

Mütəxəssis ət alarkən diqqət edilməli iki əsas göstəricini açıqlayıb.

Birinci göstərici — qeyri-təbii parlaq rəngdir. Fomenkonun sözlərinə görə, hər ət növünün öz təbii rəngi olmalıdır. “Toyuq döşü solğun çəhrayı və ya bir qədər boz, mal əti tünd qırmızı rəngdə olur. Ətin rəngi bu çalarlarla uyğun gəlmirsə, bu, rəngləndirici və ya kimyəvi maddələrin əlavə edildiyini göstərə bilər”, – deyə o bildirib.

İkinci göstərici — qablaşdırmada artıq maye olmasıdır. Mütəxəssis izah edib ki, bəzi hallarda ətə fosfatlar, nitritlər və ya natrium nitrat kimi maddələr yeridilir ki, bu da onun çəkisini artırır və nəm saxlamağa kömək edir. “Bu maddələrin izləri adətən görünmür, lakin bişirməzdən əvvəl ət çox nəmli olarsa, bu, onların mövcudluğuna işarədir”, – deyə Fomenko qeyd edib.

O əlavə edib ki, belə ət yeməyə yararlıdır, lakin bişirməzdən əvvəl bir neçə saat suda islatmaq məsləhətdir. Bununla belə, karragenan və ya duzlu məhlul kimi inyeksiyalar ətin strukturunu dəyişə bilər və bişdikdən sonra onu daha sərt edə bilər.

Tərcümə: Könül Oruc 

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun