Tibbi xəbərlər
Kardioloq əl və ayaqların soyumasının
Tibbi xəbərlər
88

Kardioloq əl və ayaqların soyumasının gizli səbəblərini açıqlayıb

Kardioloq və tibb elmləri doktoru İrina Polyaevanın sözlərinə görə, isti havalarda belə əllərin və ayaqların daim soyuq olması normal hal deyil və bir sıra tibbi problemlərin göstəricisi ola bilər.

E-saglam.az xəbər verir ki, o, bildirir ki, bəzən bu vəziyyət aşağı bədən temperaturu və ya az hərəkətli həyat tərzi ilə bağlı olur. Lakin səbəb aydın deyilsə və simptom mütəmadi təkrarlanırsa, buna ciddi yanaşmaq lazımdır.

Polyaeva soyuq ətrafların bir neçə tibbi səbəbini qeyd edib:

Anemiya: Hemoqlobinin azalması orqanizmin oksigenlə təminatını zəiflədir və ilk növbədə əllərdə, ayaqlarda soyuqluq yaranır.
Qan dövranı pozğunluğu: Ateroskleroz kimi xəstəliklər damarları daraldır, bu da qan axınının zəifləməsinə səbəb olur.
Hipotiroidizm: Qalxanabənzər vəzinin zəif fəaliyyəti maddələr mübadiləsini ləngidir, bədən istiliyi azalır, yorğunluq və çəki artımı müşahidə olunur.
Diabet: Bu xəstəlik zamanı sinir zədələnməsi (neyropatiya) qan dövranını poza bilər, nəticədə ətraflarda soyuqluq yaranır.

Mütəxəssis xəbərdarlıq edir ki, bu simptom mütəmadi təkrarlanarsa, həkimə müraciət etmək lazımdır. Özünü müalicə etmək olmaz. İsti geyim, otaqda uyğun temperaturun qorunması və yüngül fiziki hərəkətlər isə müvəqqəti rahatlama verə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun