Mədənin həcmini azaltmaq mümkündür, amma bu sürətli bir proses deyil və səbr tələb edir. Mədə əzələdən ibarətdir və düzgün üsullarla normal ölçüsünə qayıda bilər.
E-saglam.az xarici mediaya istinadən üsulları təqdim edir:
1. Porsiya ölçülərini tədricən azaldın
Birdən böyük boşqabdan kiçiyə keçməyə çalışmayın. Yeməyinizi 10-15% azaldaraq başlayın və hər bir-iki həftədən sonra yenidən bir az azaldın.
2. “Sağlam yemək boşqabı” üsulundan istifadə edin
Boşqabın yarısı lifli tərəvəzlərlə dolu olsun – az kalorili, dolğunluq verən qida.
1/4 hissəsi zülal (ət, balıq, toyuq, paxlalılar, tofu) olsun – uzun müddət tox saxlayır.
1/4 hissəsi kompleks karbohidratlar (qarabaşaq, qəhvəyi düyü, tam taxıllı makaron) təşkil etsin.
3. Yavaş və diqqətli yeyin
Toxluq siqnalı mədədən beyinə təxminən 20 dəqiqəyə çatır. Hər dişləmədən sonra çeynəmək (15-20 dəfə), yeməyə diqqət yetirmək, televizor və telefonla yayındırmamaq vacibdir.
4. Yeməkdən əvvəl su için
20-30 dəqiqə əvvəl bir stəkan su mədəni yumşaq doldurur və iştahı azaldır. Yemək zamanı çox su içməkdən çəkinin, çünki şişkinlik yarana bilər.
5. Yeməklərin sayını artırın
İki-üç böyük yemək əvəzinə gün ərzində dörd-beş kiçik yemək yeyin. Bu, mədənin bir anda çox dolmasını əngəlləyir və toxluq hissi verir.
6. Lif və zülal tərkibli qidalara üstünlük verin
Tərəvəz, meyvə, tam taxıllar və zülallar az miqdarda olsa belə uzun müddət tox saxlayır və mədənin həcminin tədricən azalmasına kömək edir.
Tərcümə: Könül Oruc