Sağlamlıq
Daha çox məşq etmək həmişə daha yaxşı deyil: Alimlər idmanın
Sağlamlıq
21

Daha çox məşq etmək həmişə daha yaxşı deyil: Alimlər idmanın beyinə təsirini aşkar ediblər

Alimlər müəyyən ediblər ki, fiziki fəaliyyətin beyinə təsiri həmişəkindən daha çox və ya az olmamalıdır.

E-saglam.az xəbər verir ki, Çinin Hançjou Universitetindən dosent Chenjie Xu və komandası Böyük Britaniya Biobankında 16 972 iştirakçının məlumatlarını təhlil edərək, orta fiziki fəaliyyətin beynin qocalmasını yavaşlatdığını, çox az və ya çox yüksək məşqin isə əksinə, qocalmanı sürətləndirdiyini aşkar ediblər. Bu nəticə "Health Data Science" jurnalında dərc olunub.

Araşdırmada iştirakçıların fəaliyyət səviyyəsi akselerometrlər və MRT taramaları vasitəsilə qiymətləndirilib. Alimlər bildirirlər ki, beynin qocalması və məşq arasında əlaqə U-şəkillidir: orta səviyyəli fəaliyyət ən faydalıdır, çox az və ya çox intensiv məşqlər isə mənfi təsir göstərə bilər.

Gələcəkdə tədqiqatçılar yuxu, oturaq həyat tərzi və genetikanın beyin yaşlanmasına təsirini də öyrənərək daha dəqiq tövsiyələr hazırlamağı planlaşdırırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun