Tibbi xəbərlər
Sadə qan testi demensiya riskini
Tibbi xəbərlər
99

Sadə qan testi demensiya riskini 25 il əvvəldən aşkar edə bilər

Britaniyada aparılan yeni tibbi araşdırma göstərib ki, orta yaş dövründə edilən sadə bir ürək testi gələcəkdə demensiya riskini illər öncədən müəyyənləşdirməyə imkan verir.

E-saglam.az xəbər verir ki, "University College London" alimlərinin 6 min nəfər üzərində apardığı uzunmüddətli müşahidə zamanı məlum olub ki, troponin adlı zülalın səviyyəsi yüksək olan şəxslərdə demensiya ehtimalı 38 faiz daha çoxdur.

Alimlər həmçinin qeyd ediblər ki, bu şəxslərdə 15 il sonra beyində yaddaşla bağlı mühüm rol oynayan hipokampus hissəsinin həcmi nəzərəçarpacaq dərəcədə azalıb.

Tədqiqatçılar bu nəticələrin gələcəkdə erkən diaqnostika və profilaktika üçün böyük imkanlar açdığını bildirirlər. Onların sözlərinə görə, troponin səviyyəsinin rutin analizlərə daxil edilməsi demensiyanın qarşısını almaq üçün yeni bir səhiyyə strategiyasının əsasını qoya bilər.

Könül Oruc 

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun