Qidalanma
Bu 3 içki ömrü uzadır: azərbaycanlıları sevindirəcək
Qidalanma
111

Bu 3 içki ömrü uzadır: azərbaycanlıları sevindirəcək böyük araşdırma tamamlandı

İngiltərədə aparılan genişmiqyaslı elmi araşdırma, bu üç içkinin — su, qəhvə və çayın — düzgün və balanslı şəkildə qəbulu ilə ölüm riskinin azaldığını, insan ömrünün isə uzandığını göstərib. Mütəxəssislərin fikrincə, sirr miqdarda deyil, müxtəliflikdə gizlidir. Tədqiqatda yer alan içkilər Azərbaycanda də ən çox istehlak olunan içkilər kimi diqqət çəkir.

E-saglam.az xəbər verir ki, İngiltərənin "British Journal of Nutrition" jurnalında dərc olunan araşdırmaya əsasən, gündə ümumilikdə 7–8 stəkan içki qəbul etmək, bu miqdarı isə su, qəhvə və çay arasında taraz şəkildə bölmək, uzunömürlülüklə birbaşa əlaqəlidir.

Mütəxəssislər bildirirlər ki, su orqanizmin rütubət balansını qoruyaraq maddələr mübadiləsini tənzimləyir, qəhvə və çayda olan polifenollar isə ürək-damar sistemi, iltihab prosesi və həzm sağlamlığı üçün güclü qoruyucu təsir göstərir.

Qidalanma üzrə mütəxəssis Ella Davar araşdırmanı belə izah edir:

“Sağlam hidrasiya əsasən su ilə təmin olunur. Amma tərkibində polifenol olan qəhvə və çay kimi içkiləri əlavə etdikdə fayda qat-qat artır. Bu birləşmə, suyun təkbaşına yarada biləcəyindən daha güclü şəkildə ürək-damar sağlamlığını, maddələr mübadiləsini və immun sistemini dəstəkləyir”.

Miqdardan çox, müxtəliflik vacibdir

Alimlər bildirirlər ki, içkilərin miqdarı yox, növlərinin balansı daha önəmlidir. Onların sözlərinə görə, qəhvədəki xlorogen turşusu, çaydakı katexinlər və sudakı saf hidrasiya bir-birini tamamlayaraq orqanizmə birlikdə təsir göstərir. 

Bu balans həm də artıq şəkər və kafein qəbulunun qarşısını alır. Mütəxəssislərin tövsiyəsinə görə, günə səhər idmanından sonra bir stəkan su ilə başlamaq, səhər saatlarında bir-iki fincan qəhvə, axşamüstü isə iki-üç fincan yaşıl və ya qara çay içmək ideal tarazlığı təmin edir.

Tədqiqatın nəticələri xüsusilə türklər üçün sevindiricidir. Çünki çay və qəhvə onsuz da gündəlik həyatın ayrılmaz hissəsidir. Elm adamlarının gəldiyi qənaətə görə, su, qəhvə və çayın doğru ardıcıllıqla növbəli şəkildə içilməsi yalnız günə deyil, ömürə də enerji qatır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun