Sağlamlıq
Həkim nənələrin ən sağlam vərdişlərini
Sağlamlıq
136

Həkim nənələrin ən sağlam vərdişlərini açıqlayıb

Endokrinoloq və diyetoloq Mariya Stelmax hesab edir ki, nənə və babalarımızın həyat tərzi müasir “sağlam qidalanma” trendlərindən daha təbii və faydalı olub.

E-saglam.az xəbər verir ki, o, müsahibəsində yaşlı nəsillərin sağlamlıq sirlərini bölüşüb.

Həkimin sözlərinə görə, ən vacib qayda ölçülü yeməkhəddindən artıq yeməməkdir. “Nənələrimiz süfrəyə hər şeyin bol olmasını sevsələr də, özləri az yeyərdilər. Çünki bədənə lazım olduğundan artıq yük düşəndə maddələr mübadiləsi pozulur”, – deyə Stelmax bildirib.

O əlavə edib ki, keçmişdə insanlar fast food yemirdilər, əksinə, təzə tərəvəzlər, taxıllar və mayalanmış süd məhsulları ilə qidalanırdılar. “Nənələr şorbanı paketdən deyil, təzə tərəvəzlə bişirirdilər. Bu həm maddələr mübadiləsini gücləndirirdi, həm də bədəni vitaminlərlə təmin edirdi. Mövsümi məhsullar insulin müqavimətinin qarşısını alır və orqanizmdə iltihabı azaldır”, – deyə həkim vurğulayıb.

Stelmax qeyd edib ki, təbii və sadə qidalanma qalxanabənzər vəzin hormonlarını tənzimləməyə kömək edir və maddələr mübadiləsini sabit saxlayır. Onun fikrincə, mövsümə uyğun meyvə-tərəvəz yemək immunitetin güclü qalmasının ən asan yoludur.

Diyetoloq onu da xatırladıb ki, keçmişdə insanlar daha çox fiziki aktiv idilər – paltar yuyur, bağda işləyir, piyada gedirdilər. “Bu cür gündəlik fəaliyyət orqanizmdə endorfin istehsalını artırır, stress hormonu olan kortizolun səviyyəsini azaldır və həm fiziki, həm də ruhi sağlamlığı gücləndirir,” – deyə o bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun