Sağlamlıq
Endokrinoloq kirəcli çaydandan su içməyin
Sağlamlıq
109

Endokrinoloq kirəcli çaydandan su içməyin ciddi risklərini açıqladı

Endokrinoloq və diyetoloq Oksana Mixaleva RİA Novosti-yə bildirib ki, kirəc çöküntüləri olan çaydandan müntəzəm olaraq su içmək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, kirəc – suyun tərkibindəki kalsium və maqnezium duzlarının çöküntülərindən ibarətdir. Belə sudan vaxtaşırı içmək təhlükəli olmasa da, davamlı şəkildə istifadəsi orqanizmdə bu maddələrin yığılmasına səbəb olur.

“Kalsium səviyyəsi normadan artıq yüksəldikdə, bədən onu böyrəklər vasitəsilə xaric etməyə çalışır. Zaman keçdikcə bu, əvvəlcə "qum", daha sonra isə böyrək daşlarının yaranmasına gətirib çıxara bilər”, – deyə Mixaleva xəbərdarlıq edib.

Həkim bildirib ki, daş əmələ gəlməsə belə, böyrəklərə davamlı gərginlik onların fəaliyyətini pozur və xroniki xəstəliklərin inkişaf riskini artırır. Şişkinlik, sidiyə getmə tezliyində dəyişiklik, sidik bulanıqlığı, bel ağrısı, zəiflik və qan təzyiqinin yüksəlməsi böyrək funksiyasının pozulmasının əlamətləri ola bilər.

Xüsusilə 50 yaşdan yuxarı şəxslərdə qan damarları da zədələnə bilər. Kalsium damar divarlarında çökərək onların elastikliyini azaldıraterosklerozun yaranmasını sürətləndirir. Bu vəziyyət uzun müddət simptomsuz qala bilər, lakin sonradan sinə ağrısı, nəfəs darlığı, ətraflarda keyimə və yaddaş zəifləməsi kimi əlamətlərlə özünü göstərir.

Mixaleva əlavə edib ki, D vitamini çatışmazlığı zamanı risk daha yüksək olur, çünki bu halda kalsium sümüklərə deyil, böyrəklərə və damar divarlarına yönəlir.

Mənfi nəticələrin qarşısını almaq üçün həkim çaydanı mütəmadi olaraq limon turşusu və ya sirkə ilə kirəcdən təmizləməyi, su filtrlərindən istifadə etməyi və yalnız təmizlənmiş suyu qaynatmağı tövsiyə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun