Tədbirlər
Bakıda 1-ci Beynəlxalq Estetik və Regenerativ Kosmetologiya
Tədbirlər
99

Bakıda 1-ci Beynəlxalq Estetik və Regenerativ Kosmetologiya Konqresi keçirildi

7–8 noyabr tarixlərində Fairmont otelində ölkəmizdə ilk dəfə Azərbaycan Estetik və Regenerativ Kosmetologiya Akademiyası və Konora Event şirkətinin birgə təşkilatçılığı ilə I Beynəlxalq Azərbaycan Estetik və Regenerativ Kosmetologiya Konqresi keçirilib.

E-saglam.az xəbər verir ki, tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən və dünyanın bir sıra ölkələrindən gələn mütəxəssislər bir araya gələrək öz bilik və təcrübələrini yerli həkimlərlə bölüşüblər.

Konqres çərçivəsində kosmetologiya və regenerativ təbabətin ən aktual mövzuları — üz anatomiyası, botulinum toksin və dolğu inyeksiya texnikaları, ip asqı metodları, kök hüceyrə və ekzosom prosedurları, radiofrekans texnologiyaları və sahədəki ən son yeniliklər iştirakçılara təqdim olunub.

Həkimlərin praktik bilik və bacarıqlarını artırmaq məqsədilə konqres zamanı canlı modellər üzərində master-klasslar keçirilib.

İki gün davam edən tədbir estetik və regenerativ tibbin inkişafı, yeni texnologiyaların tətbiqi və beynəlxalq təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyıb. İştirakçılar real prosedurların gedişatını canlı izləmək imkanı əldə ediblər.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun