Tibbi xəbərlər
Məşhur cərrah baş ağrısını həbsiz 4 dəqiqəyə aradan qaldırmağın
Tibbi xəbərlər
94

Məşhur cərrah baş ağrısını həbsiz 4 dəqiqəyə aradan qaldırmağın üsulunu açıqladı

Cərrah baş ağrısını dərmansız, cəmi 4 dəqiqəyə aradan qaldırmağın mümkün olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, cərrah Aleksandr Umnovun sözlərinə görə, bu üsul akupressura — yəni bədənin müəyyən nöqtələrinə yüngül masaj təzyiqləri tətbiq etməyə əsaslanır.

Mütəxəssis qeyd edib ki, bu texnika dərialtı sinir reseptorlarını aktivləşdirərək ağrını azalda bilir. Masaj zamanı qəfil hərəkətlərdən qaçmaq, yalnız yumşaq təzyiq və dairəvi hərəkətlər etmək lazımdır.

Cərrahın sözlərinə görə, xüsusilə bu nöqtələrə təsir effektlidir:
gicgah hissəsi – miqren zamanı kömək edir,
başın arxa hissəsi – boyun gərginliyi və osteoxondrozdan yaranan ağrıları azaldır,
birinci boyun fəqərəsinin bazası – baş gicəllənməsi və miqren üçün təsirlidir,
qaşların yuxarı küncləri – burun tıxanıqlığı və baş təzyiqi zamanı faydalıdır.

Umnov vurğulayıb ki, masaj seansı dörd dəqiqədən artıq olmamalıdır və ağrı çox güclüdürsə, səbəbi araşdırmaq üçün həkimə müraciət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun