Sağlamlıq
Bu bitki çayı qaraciyər xərçəngi riskini artıra bilər -
Sağlamlıq
102

Bu bitki çayı qaraciyər xərçəngi riskini artıra bilər - Mütəxəssis

Soyuq havalarda bitki çaylarına maraq artsa da, mütəxəssislər onların həddindən artıq və nəzarətsiz istifadəsinin sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.

E-saglam.az xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Beyza Vural Öten bildirib ki, bəzi bitki çaylarının tərkibindəki aktiv maddələr qaraciyər və böyrəklərə zərər verə, elektrolit balansını poza və uzunmüddətli istehlak zamanı qaraciyər xərçəngi riskini artıra bilər.

Öten qeyd edib ki, etiketləri və tərkibi aydın olmayan, mənşəyi bəlli olmayan məhsullardan uzaq durmaq lazımdır. O, bu cür çayların pestisid və ya zəhərli maddə qalıqları daşıya biləcəyini və yalnız müvafiq qurumlar tərəfindən təsdiqlənmiş markaların seçilməsinin vacib olduğunu bildirib.

Mütəxəssis xəbərdarlıq edib ki, qan durulaşdırıcı, təzyiq, diabet və ya psixiatriya dərmanları qəbul edən şəxslər bitki çaylarını içməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Bu çaylar bəzi dərmanların udulmasını ləngidə və təsirini azalda bilər.

Öten əlavə edib ki, adaçayının çox içilməsi ürək döyüntüsünü artıra və ürək çatışmazlığına gətirib çıxara bilər. Hamilə qadınlara gündə bir fincan cökə və ya itburnu çayı, əmizdirən analara isə şüyüd, zirə və anis kimi çayları yalnız az miqdarda içmək tövsiyə olunur.

O, həmçinin arıqlamaq məqsədilə tez-tez seçilən yaşıl çayın da risk daşıdığını qeyd edib: “Yaşıl çay maddələr mübadiləsini sürətləndirə bilər, lakin çox içildikdə qan təzyiqi pozuntularına səbəb olur. Qan təzyiqi dərmanı qəbul edənlər bu çayı ehtiyatla istifadə etməlidirlər”.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun