Xəbərlər
Xəstə MRT aparatında
Xəbərlər
113

Xəstə MRT aparatında unuduldu

İzmirdə yerləşən Tire Dövlət Xəstəxanasında xəstənin MRT aparatında unudulması ilə bağlı insident baş verib.

E-saglam.az xəbər verir ki, məlumata görə, müayinə zamanı xəstəyə xidmət göstərən işçi onu aparatın içində unutmuş və hadisə bir müddət sonra aşkar edilib.

Hadisədən sonra xəstə məsələ ilə bağlı xəstəxana rəhbərliyinə şikayət ərizəsi ilə müraciət edib. Rəhbərlik dərhal İzmir Vilayət Səhiyyə İdarəsinə məlumat verib və araşdırma aparılması üçün inzibati proses başlayıb.

Vilayət Səhiyyə İdarəsinin açıqlamasına əsasən, məsul işçi barəsində araşdırma yekunlaşana qədər vəzifəsindən azad edilib.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun