Faydalı
Meyvələri qaynar su ilə yumaq
Faydalı
87

Meyvələri qaynar su ilə yumaq sağlamlıq üçün təhlükəlidir

Meyvələri qaynar su ilə yumaq, sanıldığı kimi, təhlükəsiz üsul deyil.

E-saglam.az xəbər verir ki, diyetoloq Anastasiya Kondaurova bildirib ki, bu vərdiş meyvələrin tərkibindəki faydalı vitaminləri məhv edir və eyni zamanda pestisid və mum kimi çirkləndiriciləri tam təmizləmir.

Ekspertin sözlərinə görə, qaynar su suda həll olunan C və B qrup vitaminlərini sıradan çıxarır, meyvələrin strukturunu zədələyir və onların daha tez xarab olmasına səbəb olur. O əlavə edib ki, yüksək temperatur bəzi kimyəvi qalıqları meyvənin səthinə “möhürləyə” bilər, bu isə orqanizm üçün risk yaradır.

Mütəxəssis meyvələri sərin axar su ilə yumağı və ehtiyac olduqda 10-15 dəqiqə sirkə və ya soda əlavə edilmiş suda saxlamağı tövsiyə edir. Kondaurova həmçinin meyvələrin yalnız yeməkdən əvvəl yuyulmasını məsləhət görüb, çünki rütubət onların tez xarab olmasına gətirib çıxarır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun