Tibbi xəbərlər
Doğuma nəzarət həbləri döş xərçənginə
Tibbi xəbərlər
53

Doğuma nəzarət həbləri döş xərçənginə səbəb olurmu?

Doğum nəzarət həblərinin xərçənglə əlaqəsi illərdir müzakirə olunur.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu həblər estrogen və progesteron hormonlarının sintetik formalarını ehtiva edir və döş toxumasına təsir göstərə bilər. Bu təsir uzunmüddətli istifadə zamanı döş hüceyrələrinin həddindən artıq çoxalmasına səbəb ola bilər. Nəticədə, bəzi tədqiqatlarda doğuma nəzarət həblərinin döş xərçəngi riskini bir qədər artırdığı göstərilib.

Prof. Dr. Bülent Tıraşın sözlərinə görə, bu həblər hamiləlik şübhəsi olanlar, 35 yaşdan yuxarı siqaret çəkən qadınlar, döş xərçəngi, hipertoniya və ürək-damar xəstəlikləri keçirmiş şəxslər tərəfindən istifadə edilməməlidir. Doğum nəzarət həbləri bəzən ginekoloji problemlərin müalicəsində də təyin edilir, lakin bu zaman mütləq həkim nəzarəti vacibdir.

Tədqiqatlar göstərir ki, doğum nəzarət həblərinin istifadəsi dayandırıldıqdan sonra artmış xərçəng riski zamanla azala bilər. Təxminən 10 il sonra bu riskin normal səviyyəyə qayıtdığı müşahidə olunub. Buna görə mütəxəssislər doğuma nəzarət həblərini yalnız həkim məsləhəti ilə və risk faktorları nəzərə alınaraq qəbul etməyi tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun