Qidalanma
Güclü immunitetin resepti: hər gün bir kasa
Qidalanma
67

Güclü immunitetin resepti: hər gün bir kasa qatıq və bir stəkan kefir

Tənəffüs yolları infeksiyalarının artdığı dövrdə bağırsaq sağlamlığı immunitet sisteminin gücləndirilməsində həlledici rol oynayır.

E-saglam.az xəbər verir ki, diyetoloq Betül Karaöz deyir ki, hər gün bir kasa qatıq, bir stəkan kefir və ya evdə hazırlanmış turşu qəbul etmək immuniteti dəstəkləyir. O, əlavə etdi ki, immun hüceyrələrinin təxminən 70 faizi bağırsaqlarda yerləşir, buna görə də sağlam bağırsaq florası güclü immunitetin təməlidir.

Karaöz bağırsaq florasının balansını qorumağın yollarını açıqlayıb. Fermentləşdirilmiş məhsullar – qatıq, kefir, boza – probiotiklərlə zəngindir və həzmi asanlaşdıraraq toksinləri azaldır. Onun sözlərinə görə, prebiotiklərlə zəngin qidalar – soğan, sarımsaq, banan, yulaf, tam taxıl – bu bakteriyaların fəaliyyətini gücləndirir. Həmçinin, lifli qidalar, paxlalılar və mövsümi meyvə-tərəvəzlər həm həzmi tənzimləyir, həm də immuniteti dəstəkləyir.

Diyetoloq qeyd edib ki, bağırsaq sağlamlığı yalnız immunitet üçün deyil, əhval-ruhiyyə üçün də vacibdir. “Bağırsaq-beyin oxu” adlanan ünsiyyət sistemi stress və narahatlıq hormonlarına təsir edir. Xoşbəxt və sağlam qalmaq üçün gündəlik yuxu, balanslı qidalanma və bağırsaq florasına diqqət əsasdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun