Sağlamlıq
Bu qidaları folqada bişirmək
Sağlamlıq
7

Bu qidaları folqada bişirmək olmaz

Folqada bişirmək əlverişli üsul olsa da, bəzi qidalar alüminiumla reaksiyaya girərək yeməyin keyfiyyətinə zərər verə bilər.

E-saglam.az xəbər verir ki, Rosbiotexnologiya Universitetinin dosenti Dmitri Bıstrov deyir ki, kələm, kartof, pomidor, sitrus meyvələri və isti ədviyyatlar folqada bişirildikdə alüminiumla qarşılıqlı təsirə girir və yeməyin dadını və təhlükəsizliyini poza bilər. Pomidorun turşuluğu folqanı əridir, isti ədviyyatlar isə alüminiumun yeməyə qarışmasına səbəb olur.

Bıstrov təcrübəsiz aşpazlara tövsiyə edir ki, yumşaq və sulu çıxan ət və balıqları əvvəlcə perqament kağızına büküb, sonra folqaya qoysunlar. Bu üsul yeməyin həm bərabər bişməsini təmin edir, həm də alüminiumla reaksiya riskini azaldır. Folqa xüsusilə balıq və ət üçün yumşaq bişirməyə əlverişlidir.

Əvvəlki araşdırmalar da göstərib ki, çirkli və karbon təbəqəsi yığılmış sobalarda bişirmək həm yeməyin bərabər qızarmamasına, həm də patogen mikroorqanizmlərin qalmasına səbəb ola bilər. Buna görə bişirmə zamanı həm sobanın, həm də istifadə edilən materialların düzgün seçilməsi vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun