Gözəllik-dəb
Saçlarınızın tökülməsinə səbəb
Gözəllik-dəb
45

Saçlarınızın tökülməsinə səbəb sərt sudur?

Duş zamanı az miqdarda saç tökülməsi normaldır, lakin son zamanlar sosial şəbəkələrdə, xüsusilə TikTok-da, saç tökülməsinin səbəbi kimi “sərt su” göstərilir. Mütəxəssislər bu fikri araşdıraraq vəziyyəti izah ediblər.

E-saglam.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, sərt su kalsium və maqnezium kimi minerallarla zəngindir. İçmək və çimmək üçün təhlükəsiz olsa da, bu minerallar saç dibində yığılıb saçların daha quru, kövrək və idarəolunmaz hala gəlməsinə səbəb ola bilər. Ohayo Dövlət Universitetinin dermatoloqu Dr. Syuzan Massik bildirir ki, sərt su saçda mineral qalıqları yaradaraq onu solğun və cansız göstərə bilər.

UChicago Medicine həkimi Dr. Gaurav Agnihotri isə qeyd edir ki, sərt suyun birbaşa saç tökülməsinə səbəb olduğuna dair elmi sübut yoxdur. O deyir: “Sərt su saçın quruluşuna təsir göstərə bilər, amma tibbi ədəbiyyatda bunun saç tökülməsi ilə birbaşa əlaqəsi təsdiqlənməyib”.

Amerika Dermatologiya Akademiyasına görə, gündə 50-100 tel saç tökülməsi normal sayılır. Bu miqdardan çox saç itkisi müşahidə olunarsa, dermatoloqa müraciət edilməlidir.

Mütəxəssislər bildirir ki, sərt suyun təsirlərini azaltmaq üçün vaxtaşırı xelat (EDTA tərkibli) və ya təmizləyici şampunlardan istifadə etmək olar. Həmçinin, duş filtrləri suyun tərkibindəki mineralları azalda bilər, lakin onların təsiri ilə bağlı elmi sübutlar hələ məhduddur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun