Xəbərlər
Kişilər niyə üşüyür,
Xəbərlər
52

Kişilər niyə üşüyür, qadınlar yox?

Qadınların kişilərə nisbətən niyə daim isti hiss etmə səbəbləri araşdırılıb.

E-saglam.az xəbər verir ki, avstraliyalı cərrah Zak Terner "Nature Climate Change" jurnalında dərc olunmuş araşdırmaya istinad edib.

Məlumat New York Post (NYP) tərəfindən yayımlanıb.

Araşdırmaya görə, kişilər otaq temperaturunu təxminən 22 dərəcə, qadınlar isə 24 dərəcə isti seçirlər. Bu fərq qadın bədənində enerjinin daha yavaş istehsal olunması, yəni metabolizmin daha yavaş işləməsi ilə izah olunur.

Terner bildirib ki, qadınlarda kişilərə nisbətən daha az əzələ və daha çox yağ toxuması olur. Bu səbəbdən qadınlar xüsusilə əllərində və ayaqlarında soyuq hiss edirlər. İsti duş isə bədəni qızdırmaq üçün bir vasitə kimi seçilir.

Terner əlavə edib ki, zamanla qadınların istilik üstünlükləri dəyişə bilər. "Estrogen hormonu qan damarlarını genişləndirir, bu da qadınlara çox isti hiss etdirir və bəzən onlar daha sərin su ilə duş qəbul etməyi üstün tuturlar," - deyə o bildirib.

Milli.az

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun