Xəbərlər
Dumanlı hava nə vaxtadək
Xəbərlər
73

Dumanlı hava nə vaxtadək davam edəcək?

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

E-saglam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 12-si saat 8:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi dumanın əmələ gəlməsinə səbəb olub.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Şəmkir, Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar və Ağdamda duman müşahidə olunur. Görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin noyabrın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun