Xəbərlər
Dabaq xəstəliyindən sonra hamı ət əvəzinə balıq alır -
Xəbərlər
84

Dabaq xəstəliyindən sonra hamı ət əvəzinə balıq alır - Bazardakı qiymətlər

Son günlər Bakıda balıq satışında müşahidə olunan canlanma diqqət çəkir.

E-saglam.az xəbər verir ki, paytaxt sakinləri ət məhsullarının bahalaşması və dabaq xəstəliyi ilə bağlı yayılan məlumatlardan sonra qida rasionunda daha çox balığa üstünlük verməyə başlayıblar.

3-cü mikrorayon ərazisində yerləşən "Keşlə Balıq Bazarı"nda olduğumuz zaman satıcıların da bu artımı təsdiqlədiyini gördük. Balıq satışı üzrə mütəxəssis Təhmiraz İmanlı deyir ki, son günlərdə alıcılıq qabiliyyəti xeyli yüksəlib:

"Ət məhsullarının qiymətinin artması balığa olan tələbatı 30–40 faiz artırıb. İnsanlar həm yerli, həm də idxal balıqlarına maraq göstərir. Balıqların qiymti 3.50 AZN-dən başlayır və növünə görə 90 AZN-ə qədər artır. Gündəlik olaraq ən çox farel (alabalıq) satılır. Onun qiyməti 11-13 manat arasında dəyişir".

Bazarda satıcıların sözlərinə görə, hazırda alıcıların ən çox seçdiyi balıqlar Farel, Xanı, Sazan, Ağ amur, Kütüm və Beluqa növləridir. Son vaxtlar qızıl balığa da maraq artıb.

Balıqların qiymətləri:

Farel - 11-13 manat (kq)

Çupra – 15–16 manat

Sudak – 7–9 manat

Alabalıq (Farel) – 9–10 manat

Xanı – 4–5 manat

Ağ amur (Belamur) – 6–8 manat

Sazan – 5–7 manat

Həşəm – 9 manat

Ağ balıq (Beluqa) – 30 manat

Okean krivetkası – 28–30 manat

Çay krivetkası – 5–22 manat

Kütüm - 15 manat.

Satıcılar bildirirlər ki, burada təqdim olunan məhsullar digər bazarlara nisbətən daha münasib qiymətədir və həm Xəzər dənizindən tutulan, həm də dünyanın müxtəlif ölkələrindən gətirilən təzə balıqlar satılır.

Təzə balığı necə tanımalı?

Mütəxəssislər alıcılara məsləhət görür ki, balıq alarkən onun görünüşünə diqqət yetirsinlər. Təzə balığın dərisi parlaq, səthi təmiz və az miqdarda şəffaf seliklə örtülü olmalıdır. Barmaqla basdıqda ət əvvəlki vəziyyətinə qayıdırsa, balıq təzədir. Köhnə balıqda isə barmaq izi qalır.

Balığın gözləri aydın və dolu, qəlsəmələri isə tünd qırmızı rəngdə olmalıdır. Əzələləri bərk və elastik, sümükdən çətin ayrılan balıq təzə hesab olunur.

Baku.ws

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun