Sağlamlıq
Mütəxəssislər butulkada suyun təhlükələrinə qarşı xəbərdarlıq edirlər -
Sağlamlıq
20

Mütəxəssislər butulkada suyun təhlükələrinə qarşı xəbərdarlıq edirlər - 90 faizindən çoxunda...

Son elmi araşdırmalar göstərib ki, plastik butulkalarda saxlanılan sular düşündüyümüz qədər təhlükəsiz deyil.

E-saglam.az xəbər verir ki, Konkordiya Universitetindən ətraf mühit üzrə mütəxəssis Sara Sajedinin sözlərinə görə, butulkaların üzərindəki son istifadə tarixi suyun yox, plastikin parçalanma müddətini göstərir. Bu müddətdən sonra plastiklərdən suya mikroplastik hissəciklər sızır və insan sağlamlığı üçün ciddi risk yaradır.

Mütəxəssislər bildirirlər ki, bu hissəciklərin orqanizmə daxil olması sonsuzluq, beyin zədələnməsi və yoğun bağırsaq xərçəngi kimi problemlərlə əlaqələndirilir. Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri də xəbərdarlıq ediblər ki, mikroplastiklər həm sperma sayının azalmasına, həm də autizm və diqqət çatışmazlığı kimi nevroloji hallara təsir göstərə bilər.

Araşdırmalara əsasən, dünyada satılan butulkalı suların 90 faizindən çoxunda mikroplastik izlərinə rast gəlinib. İnsanlar il ərzində butulkalı su içərkən orta hesabla 90 minə yaxın bu hissəciyi udurlar.

Alimlər həmçinin bildirirlər ki, butulkaların saxlanma şəraiti mühüm rol oynayır. Günəş işığı, yüksək istilik və kimyəvi maddələr plastikin daha tez parçalanmasına səbəb olur. Bu da suda mikroplastiklərin miqdarını artırır.

Avstraliyalı tədqiqatçılar mikroplastiklərin bağırsaq mikrobiomuna da zərər vurduğunu, bunun isə həzm pozğunluqları, depressiya və hətta xərçənglə əlaqəli ola biləcəyini təsdiqləyiblər. Mütəxəssislər vətəndaşlara butulkalı sudan mümkün qədər az istifadə etməyi və kran suyu kimi alternativlərə üstünlük verməyi tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun