Tibbi xəbərlər
Yüksək təzyiq zamanı təcili yardım tələb edən
Tibbi xəbərlər
104

Yüksək təzyiq zamanı təcili yardım tələb edən əlamətlər

Qan təzyiqinin qəfil və ciddi şəkildə yüksəlməsi bədəndə bir çox həyati funksiyaları poza bilər.

E-saglam.az xəbər verir ki, kardiologiya mütəxəssisi Prof. Dr. Olcay Özveren bildirir ki, bu vəziyyət “hipertoniya böhranı” adlanır və infarkt, insult, böyrək və beyin zədələnməsi kimi ciddi nəticələrə səbəb ola bilər.

Təcili yardım tələb edən əlamətlər
Yüksək təzyiq çox vaxt simptomsuz keçsə də, bəzi hallarda təcili müdaxilə tələb edən əlamətlər ortaya çıxır:
– Şiddətli baş ağrısı, ürəkbulanma və qusma
– Bədəndə keyimə və iynəbatma hissi
– Nəfəs darlığı, danışıq və görmə pozğunluğu
– Çaşqınlıq və sinə ağrısı

Bu simptomlar müşahidə olunarsa, dərhal tibbi yardıma müraciət edilməlidir.

Müalicəni yarımçıq saxlamaq təhlükəlidir

Prof. Dr. Özveren xəbərdar edir ki, “özünü yaxşı hiss etmək” səbəbindən dərmanların dayandırılması ciddi fəsadlara gətirib çıxara bilər. Hipertoniya ömürlük nəzarət tələb edən xəstəlikdir və dərmanlar yalnız həkim göstərişi ilə tənzimlənməlidir.

Zərbə altında olan orqanlar

Yüksək qan təzyiqi ilk növbədə ürək, böyrəklər və beyni zədələyir.
– Ürək daha çox işləməyə məcbur qalır, nəticədə əzələlər qalınlaşır və zəifləyir.
– Böyrəklərin damarları daralır, bu da funksiyanın pozulmasına və çatışmazlığa səbəb olur.
– Beyin damarlarının gərginliyi isə insult və qanaxma riskini artırır.

Hipertoniya riskini azaltmaq üçün sağlam həyat tərzi əsas şərtdir: duz qəbulunu məhdudlaşdırmaq, kaliumla zəngin qidalar (banan, ispanaq, avokado) yemək, müntəzəm fiziki aktivlik, siqaret və alkoqoldan uzaq durmaq, stressi idarə etmək vacibdir.

Son illərdə hipertoniya uşaqlar və yeniyetmələr arasında da yayılmaqdadır. Səbəblər arasında genetik meyl, artıq çəki, hərəkətsizlik və stress göstərilir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun