İngilis stomatoloq Raja Junjinin sözlərinə görə, qışda diş minası temperatur dəyişikliyinə qarşı daha həssas olur.
E-saglam.az xəbər verir ki, o, "HuffPost"a müsahibəsində bildirib ki, soyuq hava diş emayesində mikroçatların yaranmasına, həmçinin plombların zədələnməsinə səbəb ola bilər.
Mütəxəssis izah edib ki, isti və soyuq mühit arasında keçid zamanı dişlər genişlənib-büzülür. Bu proses zamanla minanın strukturunu zəiflədir və ağrılara gətirib çıxarır. Xüsusilə, açıq havada isti içkilər içmək dişlərdə kəskin ağrıya səbəb ola bilər.
Juneji əlavə edib ki, qışda bir çox insanlarda tüpürcək ifrazı azalır, bu da ağızda quruluq və bakteriyaların artmasına gətirib çıxarır. Nəticədə pis qoxu, kariyes və diş daşı kimi problemlər yarana bilər.
Diş həkimi dişlərin sağlamlığını qorumaq üçün daha çox su içməyi, şəkərsiz saqqız çeynəməyi və evdə nəmləndiricidən istifadə etməyi məsləhət görüb. Həssaslıq və ya ağrı hiss edənlərin isə mütləq diş həkiminə müraciət etməsi tövsiyə olunur.
Tərcümə: Könül Oruc