Trixoloq xəbərdarlıq edib ki, son zamanlar populyar olan “crab klipləri” (qısqac formalı saç tutacaqları) daimi istifadə olunduqda saç tökülməsinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, Rachel Valentine adlı trixoloq bildirib ki, bu aksesuarlar hər gün eyni yerdə taxıldıqda saç köklərinə gərginlik yaradır, nəticədə “dartma alopesiyası” deyilən keçəllik forması inkişaf edə bilər.
Mütəxəssisin sözlərinə görə, belə gərginlik saç follikullarının iltihabına, saç qırılmasına və hətta tac nahiyəsində qalıcı keçəlliyə gətirib çıxarır.
Trixoloqlar bu riski azaltmaq üçün sadə tədbirlər görməyi məsləhət görürlər: saç klipinin yerini mütəmadi dəyişmək, topuz və ya saç yığma tərzini müxtəlif formalarda etmək, bəzən saçları açıq buraxmaq lazımdır. Əgər saç düzümü baş dərisində ağrı və dartılma hissi yaradırsa, bu, onu dərhal dəyişməyin vacib olduğuna işarədir.
Tərcümə: Könül Oruc