Xəstəliklər
Ağciyər xərçənginin 60 faizinə
Xəstəliklər
96

Ağciyər xərçənginin 60 faizinə gec mərhələdə diaqnoz qoyulur

Ağciyər xərçəngi hələ də dünyada ən çox ölümə səbəb olan xərçəng növü olaraq qalır.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xəstələrin təxminən 60 faizinə diaqnoz yalnız xəstəliyin inkişaf etmiş mərhələsində qoyulur.

Tibbi onkoloq, professor Ahmet Taner Sümbül bildirib ki, ağciyər qapalı orqan olduğundan xəstəlik uzun müddət əlamətsiz keçir. Öskürək, qanlı bəlğəm, sinə ağrısı və nəfəs darlığı kimi simptomlar adətən xərçəng irəlilədikdə üzə çıxır. Bu isə erkən diaqnozu çətinləşdirir.

Mütəxəssis qeyd edib ki, bəzi hallarda ağciyər xərçəngi təsadüfən aşkar edilir. Məsələn, COVID-19 dövründə aparılan kompüter tomoqrafiyası müayinələri nəticəsində bir çox xəstədə xəstəliyin erkən mərhələdə müəyyənləşdirildiyi hallar olub.

Siqaret çəkmək ağciyər xərçəngi üçün əsas risk faktoru hesab olunur. Həkimlər bildirirlər ki, immunoterapiya və ağıllı dərmanların tətbiqi son illərdə müalicədə uğur göstəricilərini artırıb.

Erkən diaqnozun həyati əhəmiyyət daşıdığını vurğulayan mütəxəssislər, öskürək və nəfəs darlığı kimi simptomlara laqeyd yanaşmamağı tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun