Kələm çoxları üçün sadə bir tərəvəz kimi görünsə də, alimlərin son araşdırmaları onun sağlamlıq üçün əsl qoruyucu qalxan olduğunu təsdiqləyir.
E-saglam.az xəbər verir ki, yüksək C vitamini, güclü antioksidantlar və liflə zəngin tərkibi sayəsində kələm həm immuniteti gücləndirir, həm də ürək və həzm sistemi üçün vacib dəstək rolunu oynayır.
Mütəxəssislər bildirirlər ki, kələmin müntəzəm istehlakı xüsusən qış aylarında infeksiyalara qarşı bədəni daha dayanıqlı edir. Bu tərəvəzin tərkibindəki C vitamini gündəlik ehtiyacın böyük hissəsini qarşılayır və immun sistemi gücləndirərək xəstəlik riskini azaldır.
Kələmin digər vacib faydalarından biri ürək-damar sağlamlığına müsbət təsiridir. Kalium və polifenol kimi birləşmələr qan təzyiqinin tənzimlənməsinə, LDL xolesterolun aşağı səviyyədə saxlanmasına və damar sağlamlığının qorunmasına kömək edir. Qırmızı kələmdə çox olan antosiyaninlər hüceyrələri sərbəst radikallardan qoruyaraq yaşlanma prosesinin ləngiməsinə dəstəkləyir.
Həzm sistemi də kələmin faydalarından geniş şəkildə yararlanır. Liflə zəngin tərkibi bağırsaq hərəkətlərini normallaşdırır və qəbizliyin qarşısını alır. Fermentləşdirilmiş turş kələm isə təbii probiotik təsiri ilə bağırsaq florasını gücləndirir, həzmi yüngülləşdirir və immuniteti birbaşa dəstəkləyir.
Qidalanma mütəxəssisləri kələmin çəki idarəsində də mühüm rol oynadığını bildirirlər. Aşağı kalorili və doyurucu olması pəhriz zamanı ideal seçimdir. Tərkibindəki C vitamini dərinin kollagen istehsalını artıraraq daha parlaq və sağlam görünüş formalaşdırır.
Mütəxəssislər sağlam qidalanmada kələmin həm xam, həm bişmiş, həm də turşu formasında rasionda mütləq yer almalı olduğunu vurğulayırlar.
Tərcümə: Könül Oruc