Qidalanma
Güclü immunitet üçün
Qidalanma
66

Güclü immunitet üçün rəngarəng qidalanın

Soyuq havalarda immunitet sistemi zəifləyir və bu da bədəni xəstəliklərə qarşı daha həssas edir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər güclü immunitet üçün portağal, naringi, qırmızı bibər, brokoli, kivi, zəncəfil və zerdeçal kimi qidaları tövsiyə edirlər.

Pəhriz mütəxəssisi Nazlı Aydın payız və qış aylarında düzgün qidalanmanın vacibliyini vurğulayaraq güclü immunitet üçün tövsiyələrini paylaşıb. O bildirib ki, soyuq havalarda bədən temperaturu aşağı düşür, immun hüceyrələri daha az təsirli olur və xəstəliklərə qarşı müdafiə mexanizmi zəifləyir.

Aydın immuniteti gücləndirmək üçün aşağıdakıları tövsiyə edib: portağal və mandarin kimi meyvələr istehlak etmək, zülal mənbələrini müxtəlifləşdirmək (həm bitki, həm də heyvan mənşəli zülallar), fermentləşdirilmiş qidalar qəbul etmək və gündə 6-8 stəkan su içmək. Müntəzəm yuxu və idman da immunitetin qorunmasında vacib rol oynayır.

O, həmçinin qeyd edib ki, insanlar adətən C vitamini mənbələri olan portağal, mandarin və limona üstünlük verirlər. Lakin qırmızı bibər, kivi, brokoli, zeytun yağı, zəncəfil və zərdəçal kimi qidalar da immunitet üçün çox faydalıdır. Naharda brokolini zeytun yağı ilə yemək, axşam isə zəncəfil və zərdəçal kimi iltihab əleyhinə tərəvəzlərdən istifadə etmək tövsiyə olunur.

Evdə hazırlanmış turşu və qatıq kimi fermentləşdirilmiş qidalar immuniteti gücləndirir. Aydın bildirib ki, soyuq havada su istehlakı da azalır, buna görə gündə 6-8 stəkan su içmək vacibdir.

Qidalanma ilə yanaşı, yuxu rejimi və idman da immunitet sistemini möhkəmləndirir. Aydın vurğulayıb ki, yuxusuz bir gün belə immunitetə zərər verə bilər. Vitamin və mineral əlavələrinə müraciət etməkdən əvvəl balanslı qidalanma və müntəzəm həyat tərzinə diqqət yetirmək ən təsirli üsuldur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun