Tibbi xəbərlər
Bakıda qanunsuz psixiatrik iş və dərman satışı ilə məşğul olan
Tibbi xəbərlər
23

Bakıda qanunsuz psixiatrik iş və dərman satışı ilə məşğul olan tibb mərkəzi aşkarlanıb

Bakıda qanunsuz psixiatrik iş və dərman satışı ilə məşğul olan tibb mərkəzi aşkarlanıb.

Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “MCİ TİBB MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanunsuz psixiatrik iş və dərman satışı ilə məşğul olduğu aşkarlanıb.

E-saglam.az Yurd.Media-ya istinadən xəbər verir ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 175 ünvanında yerləşən MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız və lisenziyadan kənar “psixiatrik” iş və fəaliyyət ilə məşğul olması, dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçmədən “SALİCYLİCPEEL JS” adlı tibb vasitəsinin satışı faktı aşkarlanıb.

Nəticədə tibb mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1 (Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə), 215.4 (Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda) və 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə) maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilib.

İş məhkəməyə göndərilib.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun