23 yaşlı şəxs (kişi cinsli) kəskin peroral sirkə turşusu zəhərlənməsi səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.
E-saglam.az xəbər verir ki, xəstəyə ağız, udlaq, yuxarı tənəffüs yolları, qida borusu, mədə və bağırsağın kimyəvi yanığı və qanaxması diaqnozları qoyulub, dərhal zəruri müalicə prosedurları başladılıb.
Toksikologiya şöbəsinin həkim-toksikoloqları Aynur Məmmədova və Natella Qurbanovanın apardığı intensiv, uzunmüddətli müalicə tədbirləri nəticəsində xəstənin vəziyyəti stabilləşib, səhhətində müsbət dinamika müşahidə edilib.
Uzun müddət davam edən stasionar müalicə prosedurlarından sonra xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.