Psixologiya
Psixoloq qəfil yorğunluğun və ünsiyyətdə istəksizliyin
Psixologiya
62

Psixoloq qəfil yorğunluğun və ünsiyyətdə istəksizliyin əsas səbəblərini açıqlayıb

Ani yorğunluq, halsızlıq və heç kimlə danışmaq istəməmək çoxlarına tanış vəziyyətdir

E-saglam.az xəbər verir ki, psixoloq Milana Orexovanın sözlərinə görə, bu, adi mövsümi yorğunluq deyil, sinir sisteminin həddindən artıq yüklənməsi ilə bağlı ciddi siqnal ola bilər.

Mütəxəssisin izahına görə, insan zahirdə hər şey normal görünsə də, enerjinin qəfil azalması beyni ard-arda gələn məlumatlar, tapşırıqlar və daimi bildirişlərin yorması ilə əlaqəlidir. Bu zaman orqanizm sözün əsl mənasında “yenidən işə düşməyə” ehtiyac duyur.

Psixoloq problemlə mübarizə aparmağa çalışmaq əvəzinə bədənə və beyinə istirahət verməyi tövsiyə edir. Bunun üçün bir neçə əsas addım vacibdir. Sakit zaman ayırmaq, rəqəmsal detoks etmək və bir müddət ünsiyyətdən uzaq durmaq sinir sistemini yüngülləşdirir. Eyni zamanda yuxu rejiminə əməl etmək, sağlam qidalanmaq, gün işığına çıxmaq və açıq havada daha çox vaxt keçirmək bərpanı sürətləndirir.

Mütəxəssis bildirir ki, bədən öz ehtiyac duyduğu rahatlığı aldıqda enerji tədricən öz-özünə geri qayıdır. Bu isə insanın həm psixoloji, həm də fiziki vəziyyətinin yaxşılaşmasına səbəb olur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun